Bu yeniliklə Azercell korporativ müştərilərə IP üzərindən səs xidmətlərini vahid platforma üzərindən idarə etmək imkanı təqdim edir. Yeni VoIP Platforması biznes müştərilərinin internet üzərindən zəng xidmətlərini daha rahat, çevik və səmərəli şəkildə istifadə etməsinə şərait yaradır.
Yeni platforma aşağıdakı üstünlükləri təqdim edir:
- SIP bağlantılarının və SIP nömrələrinin vahid portal üzərindən idarə olunması
- Mobil tətbiq vasitəsilə zənglərin həyata keçirilməsi və qəbul edilməsi imkanı
- Kompüter üzərindən birbaşa zənglərin edilməsi və qəbul edilməsi
- Zəng tarixçəsinin operativ izlənməsi
- Korporativ danışıqların keyfiyyət göstəricilərinin analiz edilməsi
- Ətraflı statistika və hesabatların əldə olunması
- Limitsiz sayda paralel zənglərin dəstəklənməsi
Bu reliz Azercell-in korporativ rabitə xidmətlərinin rəqəmsallaşdırılması strategiyasının növbəti mühüm mərhələsi olmaqla, biznes müştərilərinin kommunikasiya proseslərinin optimallaşdırılmasına, idarəetmənin sadələşdirilməsinə və əməliyyat səmərəliliyinin artırılmasına töhfə verir.
Yeni xidmətin uğurla istifadəyə verilməsində əməyi keçən bütün əməkdaşlarımıza təşəkkür edirik!